Sutka ərzində 500-ə yaxın suriyalı qaçqın xarici ölkələrin ərazisindən Suriyaya qayıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.
"Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 488 qaçqın geri dönüb. Belə ki, Livanın "Jaydet Yabus", "Tell-Kalah" keçid məntəqələrindən ümumilikdə 212 nəfər (64 - qadın, 108 - uşaq) , İordaniyanın "Nasib" keçid məntəqəsindən isə ümumilikdə 276 nəfər (qadın - 83, uşaq - 141) Suriyaya geri dönüb", - deyə bülletendə qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB