Hərb əleyhinə etirazlar ABŞ şəhərlərini bürüyüb və Amerikanın bir neçə şəhərində sakinlər eyni vaxtda ABŞ hakimiyyət orqanlarının hərəkətlərinə qarşı kütləvi etiraz nümayişinə toplaşıblar. SİA Ren Tv-yə istinadən xəbər verir ki, nümayişlər İslam İnqilabı Keşikçilər Korpusunun elit xüsusi təyinatlılar Əl-Quds bölməsinin komandiri İran generalı Kassem Süleymaninin öldürülməsi ilə əlaqədardır.
Yüzlərlə etirazçı, administrasiyanın siyasətindən narazılığını göstərərək afişa və plakatlarla Ağ Ev qarşısında meydana çıxıb. Nyu-Yorkda İran ilə qarşıdurma və münasibətlərin gərginləşməsinə qarşı çıxmaq üçün insanlar Tayms Meydanına toplaşıblar. Hazırda Çikaqo, Filadelfiya, Portland və digər şəhərlərdə, hətta hər yerdə sakinlər müharibə əleyhinə mitinqlərə toplaşırlar. Bir dalğa hətta qonşu Kanadanı da bürüyüb.
Vaşinqtondakı mitinqin təşkilatçıları əmindirlər ki, ABŞ hökuməti Süleymanini xaincəsinə öldürüb və bununla yeni müharibə başlatmağa çalışır.
"Amerika Birləşmiş Ştatları xalqı ayağa qalxmasa və dayandırmasa, bu müharibə bütün bölgəni süpürər və sürətlə gözlənilməz qlobal qarşıdurmaya və potensial olaraq ən ağır nəticələrə çevrilə bilər", deyə mitinq təşkilatçıları bildirirlər.
Xatırladaq ki, general Süleymani Bağdaddakı beynəlxalq hava limanı yaxınlığında raket zərbəsi nəticəsində öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB