Qasım Süleymani ilə vida mərasimi keçirilir

Qasım Süleymani ilə vida mərasimi keçirilir

İranın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) "Əl Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi başlayıb. SİA-nın xəbərinə görə, bu barədə İSNA yazır. Məlumata görə, artıq generalın cənazəsi İrana gətirilib. Onunla vida mərasimi daha sonra Məşhəd şəhərində, sabah isə paytaxt Tehranda keçiriləcək. Yanvarın 7-də isə general doğulduğu Kirman əyalətində dəfn ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə