ABŞ Fort-Breqqedə (Şimali Karolina ştatı) yerləşdirilmiş 82-ci hava-desant diviziyasının tərkibindəki 4 mindən çox hərbi qulluqçunu Küveytə göndərməyə başlayıb. SİA “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu hərbi birləşmənin yerdəyışməsi İran generalı Qasım Süleymaninin öldürülməsinə görə bölgədə yaranmış gərginliyin artmasına cavab olaraq həyata keçirilir.
Agentlik bununla bağlı 82-ci hava-desant diviziyasının rəsmi nümayəndəsi, polkovnik-leytenant Mark Bernsə istinad edir. Onun məlumatıına görə, təxminən 700 hərbi qulluqçu artıq Küveytdədir. Daha 3,5 min desantçı bir neçə gün ərzində Yaxın Şərqə göndəriləcək.
“Tehranın general Qasım Süleymaninin öldürülməsinə verəcəyi cavab ABŞ-ın Yaxın Şərqdəki varlığına son qoyacaq". Bu sözləri isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami deyib.
Amerika Birləşmiş Ştatları ona məxsus obyektlərə hücum edilərsə İranın 52 hədəfinə “sürətli və güclü” zərbə endirəcək. Bunu da ABŞ Prezidenti Donald Tramp rəsmi “Twitter” səhifəsində yazıb.
“Bu, bir xəbərdarlıqdır. İran amerikalılara və ya ABŞ-ın obyektlərinə hücum edərsə, İranın 52 mövqeyini hədəfə alacağıq. Bəzi hədəflər İran və onun mədəniyyəti üçün çox əhəmiyyətli və vacıbdır. Həmin hədəflərə və İrana zərbələr sürətli və güclü şəkildə həyata keçiriləcək. ABŞ artıq heç bir təhdid istəmir”, - deyə Tramp bəyan edib.
O bilidirb ki, İran Süleymaninin qisasını almaqla hədələyir və bu ölkə son illər ərzində artıq bir çox problem yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB