Portuqaliyada kömürdən elektrik enerjisi hasilatının həcmi cəmi 10 faiz olub

Portuqaliyada kömürdən elektrik enerjisi hasilatının həcmi cəmi 10 faiz olub

2019-cu ildə Portuqaliyada kömürdən elektrik enerjisi hasilatının həcmi cəmi 10 faiz olub.

SİA xəbər verir ki, bu, 1989-cu ildə Sinişdəki (EDP Sines) neft emalı zavodunun tam istismara verilməsindən keçən son 30 il ərzində ən aşağı göstəricidir.

Baş Nazir Antoniu Koşta oktyabrda öz inaqurasiya nitqində elan etmişdi ki, onun yeni hökuməti 2023-cü ilin sentyabrında Sinişdəki zavodu bağlamağa hazırdır.

Portuqaliya 2030-cu ildə elektrik enerjisinin 80 faizini bərpaolunan mənbələrdən istehsal etməyi planlaşdırır. Bu məsələdə günəş energetikası əhəmiyyətli töhfə verməlidir. “Global Data” tədqiqat şirkətinin məlumatına görə, hazırda Portuqaliyada 1,2 QVt gücündə günəş elektrik stansiyalarının layihələri üzərində iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə