İndoneziyada baş verən daşqın daşqın qurbanlarının sayı artıq 53 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə İndoneziyanın Fəlakət İdarəetmə Milli Agentliyi məlumat yayıb.
Məlumata görə, başqa bir insanın da taleyi naməlum olaraq qalır. Bildirilir ki, bundan əlavə, ən az 173 min insan evsiz qalıb.
Bundan əvvəl İndoneziyanın Fəlakət İdarəetmə Milli Agentliyi qurbanların sayının nəfər olduğunu bildirmişdi.
Xatırladaq ki, İndoneziyada Yeni il ərəfəsində güclü yağışlar səbəbindən bir çox çaylar daşaraq sahilləri aşıb keçib. Nəticədə 400 mindən çox insan evlərini tərk edərək sığınacaqlara köçmək məcburiyyətində qalıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB