Rusiyanın "Aeroflot" aviakompaniyasının Bakı-Moskva marşrutu ilə hərəkət edən bir sərnişin təyyarəsi cümə günü Volqoqrad hava limanına təcili eniş edib.
Bu barədə SİA-ya Volqoqrad hava limanından məlumat verilib.
Bildirilib ki, Bakı-Moskva marşrutu ilə hərəkət edən 1853 saylı "Aeroflot" reysi, 7:44-də (Volqoqrad vaxtı) sərnişinlərdən birinin halı pisləşməsi səbəbiylə Volqoqrad hava limanına təcili eniş edib.
Halı pisləşən sərnişin xəstəxanaya götürüldükdən sonra göyərtəsində 85 sərnişini olan təyyarə 8:55-də yenidən havaya qalxaraq təyinat yerinə uçub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB