Helikopterin qara qutusu tapıldı

Tayvanda təcili olaraq qəza enişi edən helikopterinin qara qutusu tapılıb. SİA bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyinə əsasən RİA Novostinin yaydığı məlumata istinadən xəbər verir ki, Tayvanda təcili olaraq qəza enişi edən helikopterinin qara qutusu cümə axşamı tapılıb.

"Səhər 10.40-da (Moskva vaxtı ilə 05.40) qara bir qutu tapıblar. Hadisənin səbəblərini araşdırmaq üçün qutu təhlükəsizlik şurasına göndərilib. Təhlükəsizlik şurasının başçısı Wen Linin sözlərinə görə, qara qutunun zədələnmədiyi təqdirdə vəziyyətin bir gündə ən sürətli şəkildə aydınlaşdırıla biləcəyini, ancaq zədələndiyi təqdirdə, araşdırmanın üç gün davam edəcək", fikirlərini sözügedən agentlik yayımlayıb.
Xatırladaq ki, helikopterdə yüksək rütbəli ordu rəsmiləri, o cümlədən baş qərargah rəisi general-polkovnik Şen Yimin də olduğu bildirilir. Ymin də daxil olmaqla səkkiz nəfər ölüb, beş nəfər isə sağ tapılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə