Netanyahu Yunanıstana səfərini niyə təxirə saldı?

Netanyahu Yunanıstana səfərini niyə təxirə saldı?

İsrailin Baş naziri Benyamin Netanyahu Yunanıstana səfərini gözlənilmədən təxirə salıb. SİA baş nazirin ofisindən verilən informasiyaya əsasən RİA Novostinin yaydığı məlumata istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quds xüsusi təyinatlı qüvvələrinin rəhbəri Kassem Süleymaninin vəfatından sonra Benyamin Netanyahu Yunanıstana səfərindən imtina edərtək, dərhal vətəninə qayıdıb.

Xatırladaq ki, bundan əvvəl RİA Novosti-yə məlumat verən səlahiyyətlilər, Süleymaninin vəfatından sonra Netanyahunun planlarında dəyişiklik edilməsi barədə məlumat olmadığını söyləyirdilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə