Süleymaninin öldürülməsi təhlükəli bölgədə hadisələrin eskalasiyası deməkdir. SİA RİA Novosti-nin verdiyi məlumata istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd, keçmiş vitse-prezident Co Bayden, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Quds Xüsusi Qüvvələrinin rəhbəri general Kassem Süleymaninin öldürülməsinin ABŞ-ın İraqdakı əməliyyatı nəticəsində onsuz da təhlükəli bir vəziyyətin daha da ağırlaşmasına münasibət bildirərkən söyləyib.
"Heç bir amerikalı Kassem Sulejmaninin ölümünə yas tutmayacaq. O, Amerika hərbçilərinə və bölgədəki minlərlə günahsız insana qarşı etdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməyə layiq idi və terroru dəstəkləyərək xaos yaradan biri hesab olunur. Bütün bunlar onsuz da təhlükəli olan bir bölgədə hadisələrin eskalasiyasının qarşısını alan deyil", deyə ABŞ prezidentliyinə namizəd, keçmiş vitse-prezident Co Bayden bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB