İndoneziyanın paytaxtı Cakartada, eləcə də ətraf ərazilərdə baş verən daşqın qurbanlarının sayı 43 nəfərə çatıb. SİA –nın məlumatına görə, bu barədə Jakarta Post yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.
Məlumata əsasən daha əvvəlcə 26 ölü olduğu bildirilirdi. Hakimiyyət səlahiyyətliləri Yeni il gecəsindən bəri 90 bölgəyə güclü yağış yağdığını xəbər verirlər. Bir çox çay sahilləri daşıb.
400 mindən çox insan evlərini tərk edərək sığınacaqlara köçmək məcburiyyətində qalıb. Artıq qurbanların sayı 43 nəfərə qədərdir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB