Həştərxan vilayətindəki yanğın söndürüldükdən sonra 3 nəfərin yanmış meyiti aşkarlanıb

Həştərxan vilayətindəki yanğın söndürüldükdən sonra 3 nəfərin yanmış meyiti aşkarlanıb

Rusiyanın Həştərxan vilayətində yaşayış binasında yanğın baş verib.

SİA "interfax.ru" saytına istinadən xəbər verir ki, hadisə yerində 3 nəfərin yanmış meyiti aşkarlanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin nümayəndəsi jurnalistlərə bildirib ki, yanğın şəhərin Sovetskaya, 22 ünvanında qeydə alınıb.

Yanğın binanın 800 kvadratmetr sahəsini əhatə edib. Səkkiz nəfər təxliyə edilib

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə