Yəməndəki müxalifət partiyaları koalisiyası prezident Salehin 2012-ci ilin yanvarında keçiriləcək parlament seçkilərindən sonra istefa vermək təklifini rədd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin müxtəlif yerlərində qiyamçılarla hökumət qoşunları arasında döyüşlər başlanıb. Şimaldakı Səada şəhərinin ətrafında prezident Salehə sadiq Əl Abidin tayfası ilə Xutu tayfası arasında döyüşlər gedir. Toqquşmada 7 nəfər həlak olub, 13 nəfər yaralanıb. Yəmənin hökumət qoşunları ölkənin şimalındakı Əl Cof vilayəti üzərində nəzarəti tamamən itiriblər. Yəmənin şərqində isə qiyamçı hərbçilərlə prezident Salehə sədaqətini qoruyan Milli Qvardiyanın hissələri arasında atışmalar başlanıb.
Mükəlla şəhərindəki atışmada isə 2 hərbçi həlak olub, 3 nəfər yaralanıb. Milli qvardiyaçılar müxalifətin tərəfinə keçmiş hərbçiləri prezidentin malikanəsindən çıxarmağa çalışıblar.
Mükəlla şəhərindəki atışmada isə 2 hərbçi həlak olub, 3 nəfər yaralanıb. Milli qvardiyaçılar müxalifətin tərəfinə keçmiş hərbçiləri prezidentin malikanəsindən çıxarmağa çalışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB