Niderlandda son bir həftədə 5 şirkətdə bomba həyəcanı yaşanıb

Niderlandda son bir həftədə 5 şirkətdə bomba həyəcanı yaşanıb

Son bir həftə ərzində Hollandiyanın Amsterdam, Rotterdam və Utrext şəhərlərində yerləşən müxtəlif rpofillər üzrə fəaliyyət göstərən (otel, 2 yanacaqdoldurma məntəqəsi, avtomobil salonu, əmlak agentliyi) 5 şirkətə içərisində bomba olan paketlər göndərilib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "NL Times" nəşrində məlumat dərc edilib.

Məktubların üstündə göndərən şirkətin – "CIB"in loqotipi əks olunub.

Polis dərhal hərəkətə keçərək "CIB" şirkətinin ofisində axtarışa başlayıb. Axtarış nəticəsində 6-cı belə bir məktub aşkarlanıb.

Yerli polisin açıqlamasında qeyd edilib ki, bobbalı məktublar ünvanlara çatdırılsa da, heç biri partlamayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik şübhəli şəxslərin tutulduğu barədə açıqlama verməyib.

Hollandiya hökuməti Rotterdam sakinlərini "CIB"dən məktub alarkən ayıq olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə