Xarici ölkə vətəndaşı olan daha üç terrorçu Türkiyədən çıxarılıb

Xarici ölkə vətəndaşı olan daha üç terrorçu Türkiyədən çıxarılıb

Xarici ölkə vətəndaşı olan daha üç terrorçu Türkiyədən çıxarılıb.

SİA Türkiyənin Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu dəfə ölkədən çıxarılan terrorçular İsveçrə vətəndaşlarıdır. Bununla da, ötən il noyabrın 11-dən bu günədək Türkiyədən çıxarılan xarici terrorçuların ümumi sayı 110 nəfəri keçib.

Qeyd edək ki, Türkiyə həbsxanalarında 800 nəfərdən artıq xarici ölkə vətəndaşı olan terrorçu saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə