8 uşaq xəstəxanaya yerləşdirilib

8 uşaq xəstəxanaya yerləşdirilib

Tbilisidə pirotexniki vasitələrdən istifadə edərkən xəsarət alan 8 uşaq İaşvili adına xəstəxanaya yerləşdirilib. SİA-nın verdiyi məlumata görə, onlardan birinin əl barmaqları amputasiya olunub.

Digərləri isə üz nahiyəsindən və bilək nahiyəsindən ciddi xəsarətlər alıblar. Yeddi uşaq üzərində cərrahi əməliyyat həyata keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə