Baş qərargah rəisi helikopter qəzasında ölüb

Baş qərargah rəisi helikopter qəzasında ölüb

Tayvanın Baş qərargah rəisi Şen Yi Minq helikopter qəzasında dünyasını dəyişib. SİA Türkiyə KİV-nə istinadən xəbər verir ki, əsgər heyətini daşıyan helikopter paytaxt Taybey yaxınlığında yerə düşüb. Qəzadə qərargah rəisi ilə birgə 8 əsgər dünyasını dəyişib. Ümumilikdə isə helikopterdə 13 əsgər olub. Qəzanın baş vermə səbəbləri hələ ki, bilinmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə