Netanyahu toxunulmazlıq hüququndan istifadə edəcək

Netanyahu toxunulmazlıq hüququndan istifadə edəcək

İsrailin Baş Naziri Benyamin Netanyahu toxunulmazlıq hüququndan istifadə edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İsrail Baş Prokurorluğunun onunla bağlı 3 ayrı rüşvət ittihamı ilə çıxış etməsidir. Netanyahunun Məclisə göndərdiyi təklifin isə martın 2-nə kimi seçkilərdən dolayı müzakirə ediləcəyi gözlənilmir. Vəzifəsindən sui-istifadə etməsi iddialarını rədd edən Baş Nazir ona qarşı irəli sürülən ittihamların siyasi səbəblərdən qaynaqlandığını ifadə edib.

Qeyd edək ki, toxunulmazlıq hüququndan yararlanması üçün Netanyahunun 120-dən artıq millət vəkilinin səsini alması lazımdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə