ABŞ təyyarəsi qəzaya uğradı

ABŞ təyyarəsi qəzaya uğradı
Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi hava qüvvələrinə məxsus və dinc sakinləri Liviya lideri Müəmmar Gəzzafi ordusundan xilas etmək məqsədi ilə beynəlxalq hərbi kampaniyada iştirak edən qırıcı təyyarə qəzaya uğrayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Afrika Komandanlığının sözçüsü Vins Krouli təyyarənin qəzaya düşməsinin səbəbini açıqlayıb: " Təyyarə vurularaq deyil, texniki səbəbdən qəzaya uğrayıb".

Sözçü iki nəfərlik heyət üzvlərindən birinin tapıldığını, digərinin axtarışının davam etdirildiyini bildirib. Lakin yerli KİV-lərin yaydığı xəbərə görə, ikinci pilot müxalifət tərəfdərları tərəfindən sığınacağa aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə