Türkiyədə 5 İstilik Elektrik Stansiyasının fəaliyyəti ekoloji təhlükəsizlik qaydalarına uyğun olaraq dayandırılıb
Türkiyədə 5 İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti dayandırılıb, birinin çalışma gücü müəyyən qədər aşağı salınıb.
SİA xəbər verir ki, hökumətin bu tədbiri ekoloji təmizliyi qorumaq üçün nəzərdə tutulub. Bildirilir ki, fəaliyyəti nisbətən azaldılan İES Soma bölgəsində yerləşir. Bu stansiya sayəsində 12 min bina itiliklə təmin olunur. Ona görə də, onun fəaliyyəti qış mövsümü davam etdirəcək.
Qeyd edək ki, Türkiyədə İES-in əksəriyyəti sərf olunan yanacağın tullantılarını filtrsiz olaraq atmosferə buraxır.
Ətraf mühit və şəhərsalma naziri Murad Kurum açıqlamasında bildirib ki, çalışması dayandırlan İES-lər tələb olunan texniki şərtləri yerinə yetirəndən sonra fəaliyyət göstərə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB