İndoneziyanın paytaxtı Cakartada və ətraf ərazilərdə daşqın nəticəsində 21 nəfər həlak olub. SİA-nın verdiyi məlumata görə, bu barədə "Reyter" agentliyi İctimai İşlər Nazirliyinin nümayəndəsi Yoko Xariyantoya istinadən bildirilib.
Bildirilib ki, daşqınlar nəticəsində 30 mindən çox insan təxliyə edilib. Nəqliyyatın hərəkəti və elektrik enerjisinin verilməsində nasazlıqlar, fasilələr müşahidə olunur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB