Fukusima prefekturasında güclü zəlzələ olub

Fukusima prefekturasında güclü zəlzələ olub
"Fukusima-1" AES-in yerləşdiyi Yaponiyanın Fukusima prefekturasından şərqdə 6,6 maqnitudalı güclü zəlzələ baş verib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı ABŞ Geologiya Xidməti yayıb. Yerli vaxtla saat 16:18-də qeydə alınan yeraltı təkanların episentri Fukusima şəhərindən 312 kilometr şərqdə və paytaxtı Tokiodan 415 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı 26,5 kilometr dərinlikdə olub. Sunaminin yaranma təhlükəsi elan edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə