Yanvarın 5-də Özbəkistan parlamenti Ali Məclisinə təkrar seçkilər keçiriləcək
Yanvarın 5-də Özbəkistan parlamenti Ali Məclisinə təkrar seçkilər keçiriləcək.
SİA xəbər verir ki, ötən il dekabrın 22-də keçirilən seçkilərdə 125 deputat seçilib. 25 dairədə isə namizədlərin heç biri lazımi qədər səs toplaya bilməyib. Təkrar seçkilərdə hər dairədən iki namizəd mübarizə aparacaq və ən çox səs toplayan namizəd qalib elan ediləcək.
Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya seçkilərdə iştirak edib.
Xatırladırıq ki, dekabrın 22-də keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə və bir qrup politoloq seçkiləri müşahidəçi kimi izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB