Roma Papası ona əl uzadan qadını vurdu

Roma Papası ona əl uzadan qadını vurdu

Romada Müqəddəs Pyotr meydanında möminlərlə görüş zamanı Roma Papası Fransısk qadını əlindən vurub. SİA CBS "News"un "Twitter"dəki səhifəsində yayılan videogörüntüyə istinadən xəbər verir ki, Roma Papası Fransısk onun əlindən tutmağa çalışan qadının əlindən vurub.
Papanın Yeni ili qeyd edən insanların yanında keçərkən qadının onun əlindən tutmağa çalışdığı kadrlarda öz əksini tapır. Bu vaxt, yəni insanların yanında keçərkən Roma Papası qadının əlinə bir neçə dəfə vuraraq, onun hərəkətlərinə kəskin reaksiya nümayiş etdirib.
İnsidentin ardınca Papanın keşikçiləri dərhal hadisəyə müdaxilə ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə