Honq Konq polisi Yeni il gecəsi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Honq Konq polisi Yeni il gecəsi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Honq Konq polisi çərşənbə axşamı gecə Yeni il gecəsi razılaşdırılmamış küçə etirazlarına start verən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, gənclərdən ibarət radikallar Monq Kok bölgəsinə toplaşıblar.

Nümayişçilər yolu kəsərək barrikadalar qurmağa çalışıblar. Şəhər yollarındakı işıqforlar sındırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılardan bir neçə nəfəri saxlayıb.

Etirazçıların yanvarın 1-də günortadan sonra nümayiş keçirməyi planlaşdırdıqları bildirirlir.

Qeyd edək ki, Honq Konqda etirazlara səbəb yerli hakimiyyət orqanlarının Çinin tabeliyinə verilməsini özündə əks etdirən qanun layihəsinin təklif edilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə