Çılpaq Santa Klauslar və Qar qızlar

Çılpaq Santa Klauslar və Qar qızlar

Şaxta babanı, yaxud Santa Klausu, eləcə də Qar qızı hər zaman xüsusi libasda, örtülü geyimdə görməyə alışmışıq. Amma Rusiyanın Yekaterinburq şəhərində bir qrup, deyəsən, ənənəni dəyişmək qərarına gələrək küçələrə tamamilə başqa şəkildə çıxıblar. SİA “Mash” kanalının məlumatına istinadən xəbər verir ki, təxminən 20-yə yaxın oğlan və qız bayram yürüşü keçirməyə, eyni zamanda bir qədər də isinməyə qərar veriblər.

Məlumata görə, oğlanlar qırmızı şort, Santa Klaus papağı, qızlar isə mini mavi ətəkdə küçəyə çıxıblar. Onlar küçələrdə qarşılarına çıxanlara hədiyyə də paylamağı unutmayıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə