Yeni ili Beynəlxalq Kosmik Stansiyanın (BKS) heyəti 15 dəfə qarşılayacaq. SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu “Roskosmos”dan və eyni zamanda Uçuşları idarəetmə mərkəzindən bildiriblər.
Məlumata əsasən, BKS-in müəyyən ballistika ilə hərəkəti kosmonavtların Yeni ili bir neçə dəfə qarşılamalarına səbəb olacaq.
Yeni ili heyətin Moskva vaxtı ilə Sakit okean üzərində, Qrinviç vaxtı ilə - Sibir üzərində, Hyuston vaxtı ilə - Atlantik okeanı üzərində qarşılayacağı gözlənilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB