Yaponiyada ölənlərin sayı durmadan artır

Yaponiyada ölənlərin sayı durmadan artır
Yaponiyada baş verən dağıdıcı zəlzələdən sonra ölənlərin sayı 9 min nəfəri ötüb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Yaponiyada 8,649 nəfər ölən və 13, 261 itgin düşən barədə informasiya var idi. Lakin son məlumatlara görə, bu rəqəm 9,079 min olub. Bununla yanaşı itgin düşənlərin siyahısı 12,645 min nəfərədək azalıb. Statistikaya görə, Yaponiyada ölən və itgin düşənlərin ümumi sayı təqribən 22 min nəfər təşkil edib, 2,644 nəfər təbii fəlakət nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. Bununla yanaşı təbii fəlakətdən daha çox zərər çəkən Miyaqi prefekturasında ölənlərin 15 mindən artıq olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə