Liviyanın qərb və şərqində qanlı döyüşlər davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin qərb və şərqində üsyançılarla hökumət qüvvələri arasında döyüşlər davam edir. Paytaxt Tripolidən 200 km. şərqdə yerləşən Misrat şəhərindən gələn məlumatlara əsasən, polkovnik Qəddafiyə sadiq hərbçilər orada ən azı 9 nəfəri qətlə yetiriblər. Eyni zamanda Liviyanın şərqində yerləşən Benqazi şəhərinə nəzarəti hələ də əllərində saxlayan üsyançılar Qəddafi qoşunları ilə döyüşə giriblər. Döyüş zamanı hökumət qüvvələri ağır zirehli texnikadan istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB