Ukraynanın sabiq prezidenti Leonid Kuçma haqqında cinayət işi açılıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Leonid Kuçma jurnalist Georgi Qonqadzenin qətlində şübhəli bilinir.
Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu jurnalist Georgi Qonqadzenin qətlini sabiq daxili işlər naziri Yuri Kravçenkonun sifariş etdiyini müəyyənləşdirilmişdi. Eyni zamanda cinayət işində adı keçən üç milis əməkdaşı müxtəlif müddətə azadlıqdan məhrum edilib. Qətlin sifarişçisi olduğu güman edilən sabiq daxili işlər naziri Yuri Kravçenko isə 2005-ci ildə öz evində intihar edib. Sabiq nazir Qonqadzenin işi üzrə Baş Prokurorluğa çağırılan gün özünü öldürüb. Ölməzdən əvvəl sabiq nazir jurnalistin ölümündə günahkar olmadığını və siyasi intriqaların qurbanı olduğunu yazıb.
Qeyd edək ki, Georgi Qonqadze 2000-ci ilin payızında öldürülüb. Onun meyiti Kiyev yaxınlığında meşədən tapılıb. 2009-cu ildə əməliyyat qrupu sabiq general Pukaçı həbs edib, o, istintaq zamanı jurnalistin başının basdırıldığı yeri göstərib. bir neçə il əvvəl Qonqadzenin qətli Ukraynada ciddi siyasi böhrana səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB