Robert Qeyts: “Liviyanın bölünməsi ilə məsələ həll edilə bilər”

Robert Qeyts: “Liviyanın bölünməsi ilə məsələ həll edilə bilər”

Liviyada baş verən son hadisələr dünya gündəmindən düşmək bilmir. Hadisələrin fonunda diqqət hazırda ABŞ-a yönəlib. Liviya ordusu beynəlxalq müdaxilədən sonra atəşkəsin bərpa olunması haqda bəyanat versədə Ağ ev bu bəyanata inanmır.

Liviya hökumətinin rəsmi nümayəndəsi Əhməd Əl Şərif televiziya vasitəsi ilə çıxış edərək hərbçilərə atəşi dayandırmaq haqda əmr verildiyini deyib. Bundan başqa o, dinc sakinləri Tripolidən Benqaziyə qədər baş tutacaq dinc yürüşdə iştirak etməyə çağırıb

Lakin Ağ ev Milli Təhlükəsizlik Məsləhətçisi Tom Donilon: "Ağ ev isə Liviyanın atəşkəsini tanımır. Fikrimiz belədir ki, atəşkəs gerçək deyil və dərhal pozula bilər". Daha sərt bəyanatı isə ABŞ-ın müdafiə naziri Robert Qeyts deyib: " Liviyanın bölünməsi ilə məsələ həll edilə bilər".

Türkiyə isə Liviyandakı baş verən hadisələrdə iştirak edə biləcəyini vurğulayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan NATO-nun Liviya ilə bağlı məsələyə qarışacağı təqdirdə Türkiyənin bəzi şərtləri olduğunu bildirib: " NATO yeraltı qaynaqlarının, sərvətlərinin bəzilərinə paylanması üçün deyil, Liviyanın liviyalılara aid olduğunu təsbit və qeydiyyat üçün ora girməlidir. Liviyalı qardaşlarımız güclü, sabit, dinc gələcək qurmaq üçün hər cür imkana sahibdirlər. Liviya xalqına bu fürsəti vermək lazımdır, əməliyyat işğala çevrilmədən, liviyalıların öz qərarlarını vermələri üçün fürsət verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə