Kanadanın Toronto şəhərində fərdi yaşayış evindəki silahlı insident nəticəsində bir nəfər ölüb

Kanadanın Toronto şəhərində fərdi yaşayış evindəki silahlı insident nəticəsində bir nəfər ölüb

Kanadanın Toronto şəhərində fərdi yaşayış evində silahlı insident baş verib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb.

Hadisə şəhərin şərq hissəsində qeydə alınıb. Əraziyə gələn polis əməkdaşları atışmanın baş verdiyi mənzildə bir nəfərin meyitini aşkar edib. Onun şəxsiyyəti müəyyən edilməyib.

Polis tərəfindən hadisəni törədənlərdən hələlik heç kimin saxlanılmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə