İtaliya-Avstriya sərhədində qar uçqunu olub

İtaliya-Avstriya sərhədində qar uçqunu olub

Ötən gün İtaliya-Avstriya sərhədində qar uçqunu baş verib. “Report” DW-yə istinadən xəbər verir ki, hadisə İtaliyanın Alto Adice (Cənubi Tirol) regionunun Bolzano əyalətində qeydə alınıb.

Belə ki, 1 kilometr uzunluqda və 200 metr enində olan qar kütləsi xizək gəzintisinə çıxmış Almaniya vətəndaşı olan 35 yaşlı qadın ilə 7 yaşlı qızı və onlarla olan daha bir 7 yaşlı qız uşağının üzərinə uçub. Nəticədə qadın və uşaqlardan biri hadisə yerində ölüb, qadının qızı isə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə