ABŞ-ın Luiziana ştatının Lafayette bölgəsində kiçik təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. SİA-nın xarici KİV-lərə verdiyi xəbərə istinadən, Lafayette Hava limanından havaya qalxan iki mühərrikli kiçik sərnişin təyyarəsi, 1,6 kilometr uzaqlıqda yerləşən poçt məntəqəsinin avtodayanacağına düşüb.

Lafayette polisi yerli mətbuata qəza ilə əlaqədar məlumat verməkdən imtina edib, sadəcə heyətdəki 6 nəfərdən 3-nün ekipajdan olduğunu söyləyib.

Digər 3 sərnişinin kimliyi barədə məlumat verilməyib.

Şahidlər, təyyarənin hava limanından havaya qalxdıqdan qısa müddət sonra təcili eniş etdiyini, ətrafdakı yüksək gərginlikli xəttə dəyərək aşağı düşdüyünü söyləyib.

Qəzanın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB