Avstraliya davamlı yanğınlar, eləcə də yüksək temperaturla mübarizə aparır. SİA-nın xarici KİV-lərə verdiyi xəbərə istinadən, 40 dərəcədən yuxarı temperaturun ölçüldüyü ölkədə bir çox susuz qalmış heyvan yaşayış məntəqələrinə enir.

Velosipedçilər susuz qalmış və istidən təsirlənən bir koalanın köməyinə çatıblar. Yolun ortasında dayanan koalanı görən velosipedçilər koalanı maşınlardan qorumaq üçün yolun kənarına çəkiblər.

Koala velosipedlərdən birinə dırmaşaraq, velosipedçinin su şüşəsinə uzanıb. Koalanın susuz qaldığını anlayan velosipedçi koalaya su içirib. Görüntüləri yayımlayan velosipedçi əvvəllər belə susuz bir heyvan görmədiyini söyləyib.

Yaz aylarını yaşayan Avstraliya uzun müddət kol yanğınları ilə mübarizə aparır, temperatur dəyərləri mövsüm normalarından yüksək olduğundan vəhşi heyvanlar həm yanğından, həm də yüksək temperaturdan əziyyət çəkirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB