Yaponiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

Yaponiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

Yaponiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir. SİA-nın xəbərinə görə. zəlzələ və onun səbəb olduğu sunami nəticəsində ölənlərin sayı 7197-yə çatıb, 10905 nəfər isə itkin düşmüş hesab olunur. İtkin düşənlər arasında, azı, 500 xarici ölkə vətəndaşının olduğu qeyd edilir.

Təbbi fəlakətin baş verdiyi ərazilərə soyuq hava kütləsinin daxil olduğu qeyd edilir. Temperatur mənfi 5 dərəcəyə enib, sulu qar və qar yağır. Yanacaq və elektrik enerjisinin kəskin çatışmazlığı səbəbindən insanlar həmin əraziləri tərk edir.

Bütün xəbərlər Facebook səhifəmizdə