Yəmən prezidenti Əli Abdullah Saleh hökuməti istefaya göndərib. SİA-nın türk mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Yəmənin BMT-dəki səfiri Abdullah Alsaidi ölkəsində antihökümət nümayişlərində iştirak edən insanlara qarşı sərt davranılmasına etiraz olaraq istefa verib.
Qeyd edək ki, Yəməndə ölkə başçısı Əli Abdullah Salehin 32 illik hakimiyyətinə qarşı növbəti etiraz aksiyası keçirilib. Yüzlərlə etirazçı Yəmənin 4 ən böyük əyalətində bir araya gəlib. Cənub liman şəhəri Ədənin ən çox insan yaşadığı Şeyx Osman rayonunda aksiya iştirakçıları prezident Salehin portretini yandırıblar. Yəmən polisi aksiya iştirakçılarını dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edərək göyə xəbərdarlıq atəşi açıb. Azı 1 nəfər ölüb, 6 etirazçı xəsarət alıb.
Paytaxt Sənada təşkil edilmiş aksiyada minlərlə qadın da iştirak edib. Nümayişçilər iş yerlərinin açılması və siyasi azadlıq tələb ediblər. Onlar ölkə başçısının parlament və məhkəmə sisteminin müstəqilliyini təmin edən yeni konstitusiyanın qəbul edilməsi təklifini rədd edərək, bunun çox az və gec olduğunu deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB