Nəsli kəsilməkdə olan kərgədan balaları dünyaya gəlib

Nəsli kəsilməkdə olan kərgədan balaları dünyaya gəlib

İki kərgədan balası dünyaya gəlib. Biri ağ, digəri isə qara kərgədan balalarından biri digərindən bir neçə gün tez doğulub. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ilk doğulmuş kərgədan balası 19 dekabrda Sinqapurda anadan olub.

Xəbər verilir ki, ağ kərgədan balası artıq Sinqapur zooparkının işçiləri ilə dostlaşmağa başlayıb. Zoopark işçiləri körpə gərgədanı fırça ilə darayırlar ki, bu da kərgədanların sakit qalmasını və tibbi prosedurlar zamanı toxunmağı vərdiş etməsini təmin edir. Hələ də ad verilməyən ağ kərgədanın balası 1996-cı ildən bəri Sinqapur Zooparkında eyni cinsdən dünaya gələn iyirmi dördüncü körpədir.

Digər kərgədan balası 24 dekabrda ABŞ-ın Miçiqan ştatında anadan olub. Qara kərgədanın doğulması nəsli kəsilməkdə olan kərgədanlar aləmi üçün çox vacibdir. Kərkədanın 2020-ci ilin yazında ziyarətçilərə göstəriləcəyi gözlənilir.

İnsan nəzarəti altında hər il təxminən iki kərgədan balası dünyaya gəlir. Bu o deməkdir ki, hər nəsil nəsli kəsilməkdə olan nəsil üçün son dərəcə vacibdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə