Əfqanıstanda "Taliban"ın daha bir hücumu olub 17 nəfər həlak olub

Əfqanıstanda "Taliban"ın daha bir hücumu olub 17 nəfər həlak olub

Əfqanıstanın şimal-şərqindəki Tahar əyalətində “Taliban” terror təşkilatının hücumu nəticəsində 17 nəfər həlak olub. SİA-nın verdiyi məlumata görə, “Taliban” bölgədə fəaliyyət göstərən hökumətyönümlü silahlı qruplaşmaya hücum edib.

Daha dörd nəfərin yaralandığı deyilir. Hücumun digər təfərrüatları barədə məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə