Rusiyadan Qərbə sərt bəyanat: "Liviyanın bombalanması dayandırılmalıdır"

Rusiyadan Qərbə sərt bəyanat: "Liviyanın bombalanması dayandırılmalıdır"

Rusiya Liviyanın bombalanmasının dayandırılmasını istəyir. SİA-nın xəbərinə görə, rəsmi Moskva tərəfindən Qərb dövlətlərinə səslənən bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayyəndəsi Aleksandr Lukaşeviç deyib. O, Qərb dövlətlərinə Liviyanın bombalanmasına son qoymağa çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayyəndəsi Aleksandr Lukaşeviçin sözlərinə görə, əldə olunan məlumatlara əsasən hərbi əməliyyatlar zamanı qeyri-hərbi obyektlər də zərər çəkib. Bura tibb müəssisələri, müxtəlif infrastruktur obyektləri və s. daxildir: "Müttəfiqlərin fəaliyyəti BMT Təhlükəsizlik Şurasının qətnaməsindən kənara çıxır".

Qeyd edək ki, martın 20-nə keçən gecə koalisiya qüvvələrinin Liviyaya endirdiyi hava zərbələri nəticəsində 48 nəfər həlak olub, 150 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə