ABŞ-ın Texas ştatının Hyuston şəhərində avtoparkda klib çəkən qrupa silahlı hücum nəticəsində qrup üzvlərindən 2 nəfərin öldüyü, 6 nəfərin də yaralandığı bildirilib. SİA bunu ABŞ mətbuatında yer alan xəbərlərə istinadən yazır.
Belə ki, Harris bölgəsində klip çəkən qrupa avtomobildən atəş açılıb.

Hyuston şerifi Ed Gonzalez mətbuata açıqlamasında bildirib ki, hadisə yerinə gəldiklərində ən azı 7 nəfərin yerdə yatdığını və hamısının yaralı olduqlarını görüb.
Gonzalez 2 nəfərin hadisə yerindəcə öldüyünü və 6 nəfər yaralının isə yaxınlıqdakı xəstəxanalara çatdırıldığını deyib.
Harris Regional Təhlükəsizlik Müdiri Kapitan J.Şannon boş avtoparkda klip çəkən qrupa hələ də şəxsiyyəti təyin edilə bilməyən şəxslər tərəfindən avtomobildən atəş açıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB