Bir neçə aydır ki, Avstraliyada davam edən yanğınların söndürülməsi üçün Sidney şəhərindəki su mənbələrindən istifadə edilir. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu hal böyük şəhərdə içməli su təminatında problemlər yaradır.
Qeyd edilir ki, yanğından ən çox zərər çəkən heyvanlar arasında ölkənin simvolu olan koala ayıları da var. Heyvan sevərlərlə yanaşı sadə vətəndaşlar da içməyə su tapa bilməyən koalalara kömək edirlər.
Yanğınların söndürməsində içməli sudan istifadəsi səbəbindən 5 milyon əhalisi olan Sidneyin təxminən 80 faizini su ilə təmin edən Warraqamba bəndindəki suyun səviyyəsində azalma müşahidə edilir. Belə davam etsə quraqlıq ölkənin şərq sahillərinə ciddi ziyan vura bilər.
Sidneydən 65 kilometr qərbdə yerləşən Warraqamba anbarı, demək olar ki, bütün şəhəri su ilə təmin edir.
Meşə yanğınları ölkə daxilində 4 milyon hektar ərazini külə çevirib.
Yerli sinoptiklər xəbər verir ki, Cənubi Uelsdə havanın temperaturunun 40 dərəcəyə çatacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB