Meksikanın yanacaqdoldurma məntəqələrinə gələnlərə silahlı hücum nəticəsində 6 nəfər ölüb

Meksikanın yanacaqdoldurma məntəqələrinə gələnlərə silahlı hücum nəticəsində 6 nəfər ölüb

Meksikanın mərkəzi ştatlarından olan Quanaxuatoda yanacaqdoldurma məntəqələrinə gələnlərə silahlı hücum nəticəsində 6 nəfər ölüb, daha beş nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb.

SİA “Milenio” portalına istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

“Hadisə nəticəsində 6 nəfər ölüb, daha 5 yaralı müxtəlif xəstəxanalardadır”, - deyə məlumatda qeyd olunur.

Şahidlərin sözlərinə görə, bir neçə avtomobildə olan silahlılar yanacaqdoldurma məntəqəsində olan insanlara atəş açıblar və sonra aradan çıxıblar. Hücum gecə saat 3-də yerli yarmarkanın yaxınlığında baş verib.

Hadisə yerində İctimai Təhlükəsizlik Nazirliyinin 60 əməkdaşı işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə