Vertolyot qəzasında daha 6 cənazə tapılıb

Vertolyot qəzasında daha 6 cənazə tapılıb

Havayın ştatında helikopterin dağın zirvəsinə çırpılması nəticəsində qəza yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cümə axşamı baş verən qəzadan sonra axtarış və xilasetmə qrupları 6 cansız cəsədin tapıldığını söyləyib.

Səlahiyyətlilər vertolyotda 2-si uşaq olan 7 sərnişin üçün həyat əlamətlərinin olmadığını və çətin hava şəraitindən asılı olaraq səhər saatlarında son axtarış-xilasetmə əməliyyatının aparılacağını deyib.

Safari vertolyotunun cümə axşamı yerli vaxtla 17.06-da təxminən uçuşdan 40 dəqiqə sonra qəzaya uğradığı məlum olub. Qəzadan sonra helikopterin Qlobal Yer Təyinat Sisteminin (GPS) tapılmadığı bildirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə