Argentina Konqresinin iki palatası iqtisadi vəziyyətə görə, parlament üzvlərinin maaşlarını 180 gün müddətinə dondurub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Parlament bir neçə gün əvvəl iqtisadi vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edib və maaşlarının dondurulmasının lehinə səs verib.
Qərarda qeyd olunub ki, xalq nümayəndələri bütövlükdə cəmiyyətin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün səylərini birləşdirmək niyyətində olduqlarını ifadə ediblər. Bu qərar reallıqla uzlaşan və həmrəylik etikasını rəhbər tutaraq dövlət siyasətinin təbliği məqsədi ilə qəbul edilib.
Ötən bazar ertəsi, Argentina hökuməti, ölkənin 31 dekabr 2020-ci ilədək iqtisadi böhrandan qurtulması üçün müxtəlif tədbirlər planı hazırlayıb. Eyni zamanda icra hakimiyyətinin səlahiyyətlərini genişləndirmək qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB