Somalidə terror aktı törədilib 90-dan çox insan həyatını itirib

Somalidə terror aktı törədilib 90-dan çox insan həyatını itirib

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Respublika Federal Parlamentinin üzvü Abdurazak Məhəmməd öz “Twitter” səhifəsində məlumat verib. O qeyd edib ki, terror zamanı həlak olanların sayı 90 nəfərdən çoxdur.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Somalinin paytaxtı Moqadişoda gömrük mərkəzi yaxınlığında bomba yüklü vasitə, universitet tələbələri daşıyan avtobus keçid əsnasında partladılıb və ölənlər arasında 7 tələbənin də olduğu söylənilir.

Qeyd edək ki, ölənlərdən 2 nəfərin türk vətəndaşı olduğu bildirilir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə