Mərakeşli YouTuber 4 il müddətinə azadlıqdan məhrum edilib

Mərakeşli YouTuber 4 il müddətinə azadlıqdan məhrum edilib
Mərakeşli YouTuber Məhəmməd Sekkaki 4 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda o, təxminən 4 min ABŞ dolları cərimə edilib. SİA "gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, buna səbəb onun ölkə rəhbəri kral VI Məhəmmədi təhqir etməsi olub. Sekkaki çıxışlarından birində Mərakeş monarxını heyvana bənzətdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə