Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, "Sülh Çeşməsi" əməliyyatı ilə terrordan təmizlənən Rəsulayn şəhərində yaşayan xristianların yeni il münasibətilə kilsədə Milad bayramını qeyd etdiyi bildirilib. SİA-nın verdiyi xəbərə görə, açıqlamada, dini ayinlərini sülh və əmin-amanlıq şəraitində keçirdiklərini dilə gətirən insanların "Biz - müsəlman, xristian, şiə, kürd, druz, ərəb - hamımız qardaşıq.
Burada ibadətlərimizi edirik. Əmin-amanlıq və ədalət gətirdiyi üçün, bizi PKK/YPG-dən xilas etdiyi üçün Türkiyə dövlətinə və türk əsgərinə təşəkkür edirik." - ifadələri qeyd olunub. Qeyd edək ki, Türkiyə "Sülh Çeşməsi" əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə davam edir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB