Moskvadan Tbilisyə gələn sərnişin avtobusu qəzaya uğrayıb - ölü sayı arta bilər
Moskvadan Tbilisyə gələn sərnişin avtobusu dekabrın 26-da axşam saatlarında Lipetski vilayəti, Stanovlyanski rayonu ərazisində qəzaya uğrayıb.
SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, nəticədə iki nəfər ölüb, 15 nəfər xəsarət alıb.
İlkin məlumata görə, avtobus dolu yağışından sonra yaranmış buzlu yolda sürüşüb və sürücü idarəetməni itirib.
Avtobusun sürücüsü və sərnişinlərin hamısı Gürcüstan vətəndaşlarıdır. Avtobusda 19 sərnişin olub. Yaralılardan 8 nəfər, o cümlədən 5 yaşlı körpə xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.
Sərnişinlərin içərisində azərbaycanlıların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB