Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin böyük ehtimalla gələn ilin birinci yarısında Cənubi Koreyaya səfər edəcək. Məlumatı Yonhap agentliyi Cənubi Koreya Prezident Ofisinin rəsmisinə istinadla yayıb.
Adı açıqlanmayan rəsmi şəxs bildirib ki, dekabrın 23-də Pekində Si Cinpin ilə görüşən Cənubi Koreya Prezidenti Mun Ce-in ÇXR liderini ölkəsinə səfərə dəvət edib. Sədr Si Cinpin yaxın gələcəkdə Cənubi Koreyaya səfər təklifinə müsbət yanaşıb. “Səfərin dəqiq vaxtı kimi məsələlər üzrə yekun koordinasiya zəruri olsa da, Si Cipninin gələn ilin birinci yarısında Cənubi Koreyaya səfər edəcəyinə demək olar ki, əmin ola bilərsiniz”, - deyə Cənubi Koreya rəsmisi jurnalistlərə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB